xebermen.az

İlham Əliyev fərman imzaladı

22-05-2025, 22:25


Prezident İlham Əliyev 11 fevral 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra sözügedən sistemə məhkəmə qərarına əsasən xeyrinə ödəniş aparılacaq şəxsin bank hesabı nömrəsi ilə yanaşı, icra sənədləri üzrə ödənilməli olan vəsaitlər, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və müvafiq icra işinin qeydiyyat nömrəsi barədə məlumatlar da real vaxt rejimində göndərilməlidir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031