xebermen.az

Sabah bu rayonlarda qaz olmayacaq

19-05-2025, 21:08

 

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunda bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.


Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.


Belə ki, "Ələt-Astara" dəmiryol xəttinin "Ələt-Osmanlı" hissəsinin yenidən qurulması ilə əlaqədar Şirvan şəhəri Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrini təbii qazla təmin edən dş 108 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin yeri dəyişdiriləcək.


Bu səbəbdən, mayın 20-də saat 10:00-dan etibarən işlər başa çatanadək Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrində (522 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


Bundan başqa, Hacıqabul rayonu Navahi qəsəbəsini təbii qazla təmin edən dş 250 mm-lik PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı ilə əlaqədar, sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Navahi qəsəbəsi, Navahi kəndi və Pirsaat qəsəbəsində (1 231 abonent) qaz təchizatının daxildən dayandırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031