xebermen.az

​“WhatsApp”a yeni düymə əlavə edildi

17-05-2025, 12:07

 

"WhatsApp" statuslarla bağlı yenilik üzərində işləyir.

Yeni funksiya statusları paylaşmağa imkan verəcək. Məlumata görə, yenilik "WhatsApp"ın beta versiyasında müşahidə edilib. Bildirilir ki, istifadəçinin paylaşdığı statusu onun kontaktları yenidən paylaşa və ya yenidən yönləndirə bilər. Yeniliyə əsasən platformada status paylaşılanda istifadəçinin digər insanların onun məzmununu paylaşmasına icazə vermək və ya rədd etmək üçün düyməni seçmək imkanı olacaq. Məlumata görə, bu paylaşma seçimi tamamilə istəyə bağlı olacaq və istifadəçilər statuslarının necə paylaşılacağına tam nəzarət edəcəklər.

İstifadəçilər digər istifadəçinin statusunu paylaşandan müəllifin telefon nömrəsi yenidən paylaşılan məzmunda müşahidə edilməyəcək. Bu məxfilik tədbiri, statusun platformada neçə dəfə paylaşılmasından asılı olmayaraq tətbiq ediləcək. Bu paylaşma seçiminin tətbiqi "WhatsApp" statuslarının trend olmasına səbəb olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930