xebermen.az

Həyət evi ya bina evi hansının qiyməti daha da BAHALAŞACAQ? - AÇIQLAMA

13-05-2025, 18:21

 

Son 4 ildə mənzil bazarında 55 faizə qədər qiymət artımı müşahidə olunur. Bu barədə Dövlət Statistika Mərkəzi məlumat yayıb. Bahalaşma həm bina evlərindəki mənzillərdə, həm də həyət evlərində özünü göstərir.

Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, bəzi ərazilərdəki qiymət artımı statistik rəqəmlərdən də artıqdır.

"Hər hansı bir əmlak ipoteka və ya digər şərtlərlə satılırsa, onların yenidən əmlak bazarında satışa çıxarılması üçün mütləq şəkildə onların kreditinin bitməsi tələb olunur. Kredit şərtlərlə satılan mənzillər uzun illər əmlak bazarında yenidən satışa çıxarıla bilmir. Bu səbəbdən əmlak bazarında baş verən qiymət artımı daha çox ipoteka predmetinə çevrilə bilən əmlaklarda baş verir ki, köhnə tikilili binalarda 9 mərtəbəli binalar, yeni tikili binalardan isə ümumi sahəsi az, otaq sayı çox və çıxarışlı əmlaklara tələblərin artması onların satış qiymətlərində də artımlarına gətirib çıxarır". 

Ekspertin sözlərinə görə, hazırda çoxmənzilli binalarda alqı-satqı nisbətən zəifləyib. Ancaq payıza doğru nisbətən canlanma gözlənilir ki, paralel olaraq qiymət artımının növbəti dalğasının olacağı da ehtimal olunur.

Ekspert bağ evlərində qiymət artımının daha çox olduğunu bildirib. Ancaq köhnə tikili çoxmərtəbəli binalarda vəziyyət əksinədir. Hal-hazırda tələbat daha çox fərdi yaşayış evlərinə, bağ evlərinə və torpaq sahələrinədir:

"Paytaxt Bakı şəhərində minlərlə istismar müddətini bitirmiş və köhnə yaşayış binaları var ki, onlar ipoteka predmetinə çevrilə bilmədiyinə görə, bu tip əmlaklara tələbatın azalması artıq yaxın gələcəkdə bu tip əmlaklar üzərində suni şəkildə artırılmış qiymətlərin stabilləşdirilməsinə qismən də enməsinə gətirib çıxaracaqdır". 

Ekspertlər qeyd edirlər ki, torpaq sahələrinin az olması və bahalaşması tikinti materiallarında qiymət artımı da bazara ciddi təsir edəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30