xebermen.az

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

13-05-2025, 15:33

 

UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq.

Bu barədə məlumatı UNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) təsdiqləyib.

Bildirilib ki, UNİSEF-in Azərbaycandakı fəaliyyəti qarşıdakı aylarda mərhələli şəkildə dayandırılacaq.

“UNİSEF Azərbaycanda tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək”, - o əlavə edib.

İrina Mazur vurğulayıb ki, 1993-cü ildən bəri UNİSEF Azərbaycan hökuməti ilə birgə çalışaraq uşaqlar üçün vacib xidmətlər və dəstək təmin edib:

“Son 30 il ərzində əməkdaşlığımız uşaq ölümlərinin azalmasına, keyfiyyətli təhsilə çıxışın genişlənməsinə və uşaq müdafiəsi sistemlərinin gücləndirilməsinə töhfə verib”.

Qeyd edək ki, UNİSEF dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan təşkilatdır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930