xebermen.az

Bu ölkədə “Telegram” “düşmən aləti” adlandırıldı

11-05-2025, 21:12

 

"Telegram" messenceri Ukrayna dövləti üçün “düşmən alətidir”.

Bunu Ali Radanın Humanitar və İnformasiya Siyasəti Komitəsinin rəhbəri, hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Nikita Poturayev bildirib.

"Telegram kimin nə deməsindən asılı olmayaraq, düşmən vasitəsidir" dedi.

Eyni zamanda deputat etiraf edib ki, "Telegram" "rahat" messencerdir.

2024-cü il sentyabrın sonunda Ukrayna rəsmilərə və hərbçilərə “təhdidləri minimuma endirmək” məqsədi ilə rəsmi cihazlarda "Telegram" quraşdırmağı və ondan istifadə etməyi qadağan edib. Məhdudiyyətlər təhlükəsizlik və müdafiə sektorunda çalışanlara, eləcə də mühüm infrastruktur operatorlarının işçilərinə təsir edib. "Telegram"dan əlavə, "TikTok" sosial şəbəkəsi də ölkənin milli təhlükəsizliyinə “təhdid” adlandırılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30