xebermen.az

"iPhone" istifadəçiləri üçün çoxdan gözlənilən YENİLİK

11-05-2025, 10:20

 

"Sony" şirkəti "PlayStation Store"da ödəniş imkanlarını genişləndirərək "PlayStation 5" istifadəçiləri üçün "Apple Pay" ödəniş xidmətini dəstəkləməyə başladı.

Bu barədə "9to5Mac" portalı məlumat yayıb.

Qeyd edilir ki, əvvəllər "Apple Pay" vasitəsilə ödəniş yalnız brauzerdə və "Sony"nin "Apple" qurğularındakı mobil tətbiqində mümkün idi.

İndi isə ödəniş sistemi birbaşa "PS Store"a inteqrasiya edilib.

"Apple Pay" şirkətin keçən ilin yayında iOS 18-də təqdim etdiyi QR-kod mexanizmindən istifadə edir. Bu funksiya yalnız "PlayStation Store"da deyil, "Google Chrome" daxil olmaqla, üçüncü tərəf brauzerlərdə də əməliyyatların aparılmasına imkan verir.

Hazırda "Apple Pay" sistemi yalnız "PlayStation 5"də inteqrasiya edilib. Gələcəkdə bu cür ödənişin "PlayStation 4"də də tətbiq edilməsi istisna edilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031