xebermen.az

Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq

8-05-2025, 10:41

 

Mövcud qanunvericiliyə əsasən, bəzi hallarda dünyasını dəyişən şəxsin topladığı pensiya kapitalı və ya aldığı pensiya vərəsələrinə verilə bilər.

Millət vəkili Vüqar Bayramov Xəzər TV-yə bildirib ki, bu hüquq əsasən 18 yaşına çatmayan övladlara, əlilliyi olan şəxslərə və dünyasını dəyişən şəxsin həyat yoldaşına şamil olunur.

Vüqar Bayramov bildirir ki, bu sahədə yeni yanaşmalar üzərində də düşünülür. Millət vəkili pensiya kapitalının tam olmasa da, bir hissəsinin vətəndaşların şəxsi ehtiyaclarına yönəldilməsini təklif edir. Belə modellər artıq inkişaf etmiş bir sıra ölkələrdə tətbiq olunur.

O, əlavə edib ki, bəzi ölkələrdə yalnız minimum deyil, orta pensiya kapitalı anlayışı da mövcuddur. Topladığı məbləğ orta pensiya kapitalından çox olan vətəndaşlara ondan istifadə imkanları yaradılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930