xebermen.az

Ağcaqanad dərmanları istifadə edənlərə XƏBƏRDARLIQ - Vacib faktlar

7-05-2025, 21:14

 

Yayın gəlməsinə hələ zaman olsa da, ağcaqanadlar indidən çıxıb. Belə olan halda isə insanlar qorunmaq üçün dərmanlara üz tutur. 

Mütəxəssislər bildirir ki, bu dərmanlar insan orqanizmi üçün çox zərərlidir, xüsusi ilə də uşaqlar üçün bir çox zərərləri var. 

Bu barədə Milli.Az-a toksikoloq İsmayıl Əfəndiyev açıqlama verərək bildirib ki, ağcaqanada qarşı olan maye dərmanaların tərkibində bir çox kimyəbi maddələr mövcuddur. Hansı ki, bu dərmanların dozası çox olduqda insanları da tuta bilir. Uşaqların çəkisi az olduğu üçün onlara daha çox təsir edir. Evdə əgər, hamilə qadın, azyaşlı uşaq, yaşlı birisi varsa, bu dərmanlardan istifadə edilməməsi məsləhət görülür. Bu məsələdə valideynlər diqqətli olmalıdırlar. 

Bəs səhlənkarlıq nəticəsində uşaq zəhərlənərsə, valideyn qanun qarşısında məsuliyyət daşıyırmı? 

Mövzu ilə bağlı vəkil Rəşad Əliyev bildirib ki, əgər öldürülməsinə şübhə varsa, qəsdən və ya ehtiyatsızlıqdan ölümün səbəbi müəyyən edilir:

"Araşdırmanın nəticəsindən asılı olaraq əgər hadisədə cinayət əlamətləri varsa, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılır. Hadisədə təqsirləndirilən şəxslər isə məsuliyyətə cəlb olunur. Əgər ittiham edilən şəxsin cinayət hadisəsinə aidiyyatı olmadığı, cinayət törətmədiyi müəyyən edilərsə, yaxud cinayət törətməsi sübut edilməzsə, ona bəraət verilə bilər".

Təhlükə bəzən görünməyən yerdən gəlir. Uşaqların sağlamlığı isə valideynlərin diqqətindən irəli gəlir. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30