xebermen.az

Bu virus sürətlə yayılır: fövqəladə vəziyyət elan edildi

19-12-2024, 13:08

 

ABŞ-da quş qripinə yoluxma hallarında artım müşahidə olunduğundan fövqəladə vəziyyət elan edilib.

Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən açıqlama verilib.

Bildirilib ki, Luiziana ştatında yaşayan bir şəxs quş qripi səbəbindən xəstəxanaya yerləşdirilib. Xəstənin evinin həyətyanı sahəsindəki ev quşlarından virusa yoluxduğu qeyd olunub.

Bu hadisə ABŞ-da insanlarda müşahidə edilən ilk ciddi quş qripi hadisəsi kimi qeydə alınıb.

CDC aprel ayından bəri quş qripinə 61 nəfərin yoluxduğunu, əksəriyyəti heyvan fermalarında çalışan işçilər olduğunu müəyyən edib.

Quş qripi epidemiyası ABŞ-ın Kaliforniya rəhbərliyini də narahat edib. Dekabrın 12-də Kaliforniyanın cənubundakı 4 mal-qara fermasında quş qripi testlərinin müsbət çıxması səbəbindən ştatda fövqəladə vəziyyət elan edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930