xebermen.az

“ChatGPT” ona bağlanmayasınız deyə yazışma tərzində dəyişiklik etdi

25-11-2025, 09:50

 

"OpenAI" "ChatGPT" üçün yeni məhdudiyyətlər tətbiq edib.

 "OpenAI" şirkəti "ChatGPT"nin istifadəçilərlə həddindən artıq emosional ünsiyyət qurmasının qarşısını almaq məqsədi ilə modeldə yeni məhdudiyyətlər tətbiq edib. Şirkət bildirir ki, son yeniləmələrdən sonra çatbot bəzi hallarda çox emosional və tərif yönümlü davranışlar nümayiş etdirirdi və bu da istifadəçidə asılılıq yarada bilirdi.

Yeni qaydalara əsasən "ChatGPT" uzun söhbətlər zamanı istifadəçiyə fasilə verməyi təklif edəcək və emosional bağlılıq yaradan reaksiyaları məhdudlaşdıracaq. Sistem yanlış məsləhətlərə və zərərli təsdiqləmələrə yol verməmək üçün daha ciddi şəkildə tənzimlənib.

MIT və "OpenAI" tərəfindən aparılan araşdırmada qeyd olunur ki, çatbotdan uzun müddət istifadə sosial və psixoloji mənfi nəticələrə səbəb ola bilər. Buna görə şirkət daha neytral və məsafəli ünsiyyətə üstünlük verən yeni strategiyanı tətbiq edib.

Şirkətin təqdim etdiyi "GPT beş" modeli gücləndirilmiş təhlükəsizlik mexanizmləri və daha dəqiq risk aşkarlanması ilə seçilir. "OpenAI"nin məqsədi istifadəçi ilə süni intellekt arasında sağlam olmayan emosional bağlılığın yaranmasının qarşısını almaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031