xebermen.az

Çindən dünyaya səs salacaq sənəd: COVID-19-un ilk izi ABŞ-də tapılıb

2-05-2025, 09:53

 

Çin Dövlət Şurasının İnformasiya Bürosu qlobal pandemiyaya səbəb olmuş SARS-CoV-2 koronavirusunun Çinin Uhan şəhərindən xeyli əvvəl ABŞ-də ortaya çıxa biləcəyini sübut edən "Ağ kitab" dərc edib.

Bu barədə "Daily Mail" məlumat verir.

"Əhəmiyyətli sübutlar COVID-19-un rəsmi olaraq bildirilən vaxtdan və Çində baş verən epidemiyadan əvvəl Amerika Birləşmiş Ştatlarında ortaya çıxa biləcəyini göstərir" , - deyə sənəddə qeyd olunur.

"Ağ kitab"da xüsusi diqqət Florida ştatına yönəldilib. Burada rəsmi olaraq ilk yoluxma halı 2020-ci il martın 1-də aşkarlanıb. Lakin açıq mənbələrdən əldə edilən məlumatlara görə, koronavirus ştatda artıq yanvar ayında yayılmağa başlayıb. Həmin dövrdə xəstələnənlərin əksəriyyəti ölkə hüdudlarını tərk etməyib.

Kitabda qeyd olunub ki, sonradan ABŞ tərəfi bu məlumatı silib, məlumatların işlənməsinə cavabdeh olan əməkdaşlar isə işdən çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30