xebermen.az

Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq

21-04-2025, 09:54

 

Ukrayna nümayəndə heyəti bu həftə Londonda keçiriləcək danışıqlarda iştirak edəcək.

Bunu Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Serhiy Leşçenko təsdiqləyib.

İclasda ABŞ və Avropa ölkələrindən olan nümayəndələrin Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edəcəyi gözlənilir.

UNİAN agentliyi Leşçenkodan sitat gətirib: "Qrupumuz iştirak edəcək. Mən heyəti açıqlamayacağam".

O xatırladıb ki, aprelin 17-də Parisdə reallaşan görüşdə Ukraynanı Zelenskinin ofisinin rəhbəri Andriy Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil ediblər. "Lazım gələrsə, tərkibə düzəlişlər ediləcək, lakin Ukrayna bu danışıqlarda mütləq iştirak edəcək", - deyə müşavir əlavə edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30