xebermen.az

İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı

16-04-2025, 18:19

 

Hind Okeanında yerləşən məşhur turizm məkanı olan Maldiv adaları İsrail vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu İsrail pasportuna sahib olan şəxslərin ölkəyə daxil olmasını yasaqlayan qanun layihəsini təsdiqləyib.

Fələstinlə həmrəyliyin nümayişi

Prezident Administrasiyası tərəfindən verilən açıqlamada bildirilib: "Bu qərar İsrailin Fələstin xalqına qarşı davam etdirdiyi vəhşilik və soyqırımı əməllərinə cavab olaraq hökumətin sərgilədiyi qəti mövqeni əks etdirir. Maldiv hökuməti Fələstin məsələsindəki prinsipial dəstəyini və Fələstin xalqının hüquqlarının qorunmasına olan sadiqliyini bir daha təsdiqləyir. Maldiv beynəlxalq hüquq normalarının pozulmasına görə cavabdehliyə çağırmaqda və İsrailin hərəkətlərini beynəlxalq platformalarda pisləməkdə davam edəcək."

1967-ci il sərhədlərinə diqqət

Açıqlamada əlavə olunub ki, Prezident Muizzu Maldiv Respublikasının mövqeyini dəfələrlə bəyan edib: Maldiv BMT qətnamələri və beynəlxalq hüquq normalarına əsaslanaraq paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına prinsipial dəstək verir.

Məlumata görə, qadağa dərhal qüvvəyə minib. Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi ötən il İsrail vətəndaşlarını Maldivlərə səyahət etməmələri barədə xəbərdar etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930