xebermen.az

Türkiyədən Ayasofya ilə bağlı qərar: Altı əsrdən sonra ilk dəfə...

14-04-2025, 21:49

 

Dünyaca məşhur Ayasofya məscidinin əsas günbəzi böyük layihə çərçivəsində altı əsrdən sonra ilk dəfə bərpa olunacaq.

Bu barədə Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy "X" sosial media hesabında paylaşım edib.

"Ayasofya məscidinin günbəzi zəlzələlərə daha davamlı olması üçün gücləndiriləcək", - nazir bildirib.

O, bərpa işləri zamanı məbəddə xidmətlərin davam etdiriləcəyini də vurğulayıb.

Layihənin rəhbəri Əhməd Güleç jurnalistlərə bildirib ki, məscidin baş günbəzinin bərpası ilk belə iş olacaq. Qədim mozaikalara zərər verməmək üçün iş ehtiyatla aparılacaq. Günbəz polad konstruksiya ilə möhkəmləndiriləcək, içərisinə 43,5 metr hündürlüyündə dörd sütun üzərində metal platforma quraşdırılacaq.

Daha əvvəl məlum olmuşdu ki, Ayasofya məscidinə giriş əcnəbi vətəndaşlar üçün ödənişli olaraq qalacaq. Türkiyə vətəndaşları üçün giriş pulsuzdur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930