xebermen.az

Kampaniya başladıldı: İranda türk dili rəsmi dil olsun!

9-04-2025, 22:18

 

İranda türk dilinə rəsmi dövlət dili statusunun verilməsi tələbi ilə kampaniya başladılıb.

Bu barədə mədəni fəallar məlumat yayıb.

Məlumata görə, bu tələblə başladılan imza kampaniyasına minlərlə şəxs qoşulub.

“Dəyərli dost, dil ədalətini gerçəkləşdirmə kampaniyası türk dilini İranın rəsmi dillərindən biri olaraq tanınması üçün çalışır. Buna görə də sizdən xahiş olunur ki, bu petisiyanı imzalamaqla bu qanuni və ədalətli tələbimizi dəstəkləyəsiniz. Sizin imzanız dil ayrı-seçkiliyini aradan qaldırmaq və mədəni haqlarımızı əldə etmək yolunda təsirli bir addımdır”, - müraciətdə bildirilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930