xebermen.az

"TikTok" məlumatları SIZDIRDI - 500 milyon avro cərimələnəcək

3-04-2025, 21:37

 

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası "TikTok"u AB-dən Çinə məlumat ötürdüyünə görə 500 milyon avro cərimələyəcək.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Cəriməni sosial şəbəkənin sahibi olan Çinin "ByteDance" şirkəti ödəməli olacaq. Mənbənin sözlərinə görə, cərimənin tətbiqi ilə bağlı qərar aprelin sonuna qədər veriləcək.

Qeyd olunub ki, "TikTok" da bundan əvvəl yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının emalı ilə bağlı iddia edilən pozuntulara görə tənzimləyicidən 345 milyon avro cərimə alıb.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası "Apple", "Google", "TikTok" və digər rəqəmsal nəhənglərin Aİ qanunlarına uyğun olmasını təmin etmək üçün fəaliyyətlərini izləyir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930