xebermen.az

Zelenskinin bunkerləri ortaya çıxdı – Kiyevin altındakı gizli yollar

3-04-2025, 13:36

Ukrayna prezidenti Vladimir Zelenskinin bunkerlərinin harada olduğu haqda məlumatlar yayılıb.

“Aif.ru” saytı Ukrayna prezidentinin ən azı 6 sığınacağının olduğunu iddia edir.

Saytın mənbələri bildirib ki, əsas bunker Kiyevdə yerləşir. Bu bunker Bankova küçəsində Prezident Administrasiyası binasının altında yerləşir. Bunkerin parlament və hökumət binasına keçidləri var. Digər bunker keçmiş Arsenal zavodunun altındadır. Lvovda SSRİ dövründə mövcud olmuş Karpat Hərbi Dairəsinin yeraltı rabitə bunkerinin də Zelenski üçün hazırlandığı haqda iddialar var.

Bunkerlərdən biri İvano-Frankivskdə SSRİ dövündə mövcud olmuş 12-ci Baş İdarənin bazasında hazırlanıb. Vinnitsada Üçüncü Reyx dövründə istifadə edilən bunker də mövcuddur.

Karpat dağlarında İkinci Dünya müharibəsinin əvvəlində qazılmış bunker də siyahıya daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930