xebermen.az

Yekaterinburqda döyülən Gənciyev yeriyə bilmir

30-06-2025, 18:37

 

Yekaterinburqda saxlanılan Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Ə.Gənciyevin vəkili onun çətinliklə yeridiyini bildirib.

Vəkilin sözlərinə görə, Ə.Gənciyev elektroşoker və ağır əşyalarla döyülüb. 

Hazırda müdafiə tərəfi ədalətin bərpa olunmasına nail olmağa çalışır.

İstintaq iddia edir ki, etnik cinayətkar qrupun tərkibində olan təqsirləndirilən şəxslər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər.

Həmçinin, kütləvi həbslərlə əlaqədar Azərbaycan Rusiya ilə bütün mədəni layihələri dayandırıb. Belə ki, Azərbaycan Mədəniyyət Nazirliyi Rusiya təşkilatlarının planlaşdırdığı konsert, sərgi, tamaşa və festivalları ləğv edib. Qərar həm dövlət, həm də özəl təşəbbüslərə şamil olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031