xebermen.az

Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi

25-06-2025, 10:06

 


Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyi (TİTCK) bitki çaylarında təhlükəli maddələrin aşkarlanması fonunda bəzi məhsulların lisenziyalaşdırılması və yalnız apteklərdə satılması ilə bağlı yeni qaydaların hazırlanmasına başlayıb.

Agentliyin rəhbəri Prof. Dr. Ahmet Ayar bildirib ki, bəzi bitki çaylarında təxminən 2 min kimyəvi maddə aşkar edilib və bu maddələrin çoxu sinir və damar sisteminə mənfi təsir, genetik zədələnmə və orqan pozğunluğu yarada bilir.

Milli.Az xəbər verir ki,  Prof. Dr. Ahmet Başaran da xəbərdarlıq edərək bildirib:

"St John's Wort, adaçayı, yaşıl çay kimi məhsulların uzunmüddətli və yüksək dozada istifadəsi qaraciyər və böyrəklərdə ciddi fəsadlara səbəb olur" .

Mütəxəssislər xüsusilə nəzarətsiz istehsal edilən və arıqlamaq məqsədilə geniş istifadə olunan çayların sağlamlıq üçün ölümcül risklər daşıdığını vurğulayır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930