xebermen.az

İnsanlar kəsilən əzalarını bərpa edə bilərlər

23-06-2025, 10:04

 

Alimlər aşkar ediblər ki, insanlar kəsilən əzalarının yerinə yenisini yetişdirmək üçün lazım olan maddələrə malikdirlər. Elm adamları bədənin müxtəlif hissələrini bərpa etməklə tanınan qeyri-adi amfibiyaları tədqiq etdikdən sonra bu qənaətə gəliblər.

Tədqiqat "Nature Communications" jurnalında dərc edilib.

Bildirilir ki, ki, itirilmiş ətrafların bərpasında retinoik turşusu və CYP26B1 fermenti fəal iştirak edir. Alimlər hesab edirlər ki, bu tapıntıya əsaslanan yeni texnologiyalar insanlara əzalarını bərpa etməyə kömək edə bilər. Belə ki, retinoik turşusu və CYP26B1 adlı ferment insanlarda da mövcuddur.

Odur ki, insanlar da əzalarını yenidən böyüdə bilər, ancaq bu prosesi daha ətraflı anlamaq lazımdır. Əks halda skelet anomaliyaları kimi qüsurlar yarana bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031