xebermen.az

Sumqayıtda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

17-06-2025, 17:00

 

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Toyota” markalı, 77-EQ-595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 44 yaşlı Vüsal Hüseynov saxlanılıb. Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından ona tibbi müayinədən keçmək təklif olunub. Lakin, V.Hüseynov məsuliyyətdən yayınmaq məqsədilə polisin qanuni tələbinə tabe olmayıb və özünə xəsarət yetirməyə çalışıb. Müayinə zamanı sürücünün narkotik vasitə qəbul edərək avtomobil idarə etdiyi aşkarlanıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Vüsal Hüseynov 30 sutka inzibati qaydada həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031