xebermen.az

Baş nazirdən ali məktəblərə qəbulla bağlı VACİB QƏRAR

2-05-2025, 15:44

 

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib.

Bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, indiyə qədər I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməli idi.

Eyni zamanda, regionşünaslıq ixtisasının Amerika, ABŞ, Kanada, Böyük Britaniya üzrə ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, Almaniya üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, Fransa üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər.

Qərara əsasən, bu tələb ləğv olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031