xebermen.az

Vatsapda yenilik

27-01-2025, 22:54

 

Artıq 2023-cü ilin oktyabr ayından "Android" smartfonlarında birdən çox hesabdan istifadə etmək imkanı verən vatsap messenceri bu funksiyanı "Apple" cihazlarına da genişləndirməyə hazırlaşır.

 "WABetaInfo"nun (WBI) məlumatına görə, artıq "iPhone" üçün çox istifadəçi dəstəyinin sınaqdan keçirilməsinə başlanılıb.

Vatsapın iOS 25.2.10.70 üçün beta versiyasında istifadəçilərə eyni cihazda, eyni vaxtda iki müxtəlif hesab ilə işləməyə imkan verən funksiya aşkar edilib. 

Sınaq başa çatdıqdan sonra funksiya bütün dünya üzrə "iOS"da vatsap istifadəçiləri üçün əlçatan olacaq. Ekspertlər bunun bir neçə ay çəkə biləcəyini təxmin edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930