xebermen.az

"Whatsapp"dan daha bir yenilik

8-01-2025, 14:45

 

Məşhur mesajlaşma tətbiqi "WhatsApp" istifadəçilərini yeni və innovativ funksiyalarla sevindirməyə davam edir. Bu dəfə tətbiqə əlavə edilən daxili sənəd skaneri funksiyası ilə sənədləri birbaşa tətbiq vasitəsilə skan etmək mümkün olacaq.

Bu yenilik artıq "WhatsApp"ın 24.25.89 versiyasında mövcuddur. İstifadəçilər sənədlərin əvvəlcədən fotosunu çəkməyə və ya üçüncü tərəf proqramlarından istifadə etməyə ehtiyac qalmayacaq. İndi hər şey "WhatsApp"da birbaşa olaraq smartfonun kamerası vasitəsilə həyata keçirilir. Skan edilmiş sənədləri dərhal çat və ya qrupa göndərmək mümkündür.

Bu funksiyanı istifadə etmək üçün çatı və ya qrupu açın, mətn sahəsində yerləşən "+" işarəsinə vurun, "Sənəd" ikonunu seçin və "Sənədi skan et" seçimini seçərək sənədinizi göndərin.

Hazırda sənəd skaneri funksiyası yalnız "iOS" cihaz sahiblərinin bir qismi üçün mövcuddur. Tətbiqin növbəti yenilənməsi ilə bu funksiya həmçinin "Android" istifadəçiləri üçün də əlçatan olacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930