xebermen.az

"WhatsApp"da YENİLİK: "Yazmaq yadımdan çıxıb" dövrü bitdi

9-12-2024, 10:14

 

WhatsApp-ın son Android beta versiyasında yeni funksiya üzə çıxıb.

Bu yeni xüsusiyyət istifadəçilərə xatırlatma bildirişləri almağa imkan verəcək.

Dünyanın ən məşhur ani mesajlaşma platforması olan WhatsApp, istifadəçilərin işinə yarayacaq yeni bir xüsusiyyət üzərində işlərini davam etdirir. Proqramın "2.24.25.29" kodlu Android beta versiyasında test edilən xüsusiyyət, açmağa vaxt tapmadığınız mesajları unutmağınızın qarşısını alacaq.

WhatsApp-ın yeni xüsusiyyəti istifadəçilərə istəyə bağlı olaraq "xatırlatma" kimi xidmət edəcək. İstəyən istifadəçilər bu funksiyanı aktivləşdirib, müəyyən müddət açmadıqları mesajlar üçün bildirişlər ala biləcəklər.

Bundan əlavə, WhatsApp-ın yeni xüsusiyyətinin status yeniləmələri üçün də keçərli olacağını qeyd edək. Beləliklə, tez-tez əlaqə saxladığınız şəxslərin həm statusları, həm də sizə göndərdikləri mesajlar üçün zaman-zaman xatırlatma bildirişləri alacaqsınız. Bu xüsusiyyət istifadəyə verildikdə "Bildiriş Ayarları" səhifəsində yerləşəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930