xebermen.az

"WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq

3-12-2024, 08:46

 

"WhatsApp" mesenceri tezliklə bəzi köhnə "iPhone" modellərində fəaliyyətini dayandıracaq.

Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Qeyd olunur ki, tərtibatçılar "iOS" əməliyyat sisteminin köhnəlmiş versiyaları üçün dəstəyi dayandıracaqlar. Mesenceri "iPhone 5S", "iPhone 6", "iPhone 6 Plus" smartfonlarında işə salmaq mümkün olmayacaq.

Bu modellər üçün ən son əməliyyat sisteminin versiyası 12.5.7-dir. 2025-ci ildən mesajlaşma xidməti ən azı "iOS 15.1" versiyasını tələb edəcək. Məsələn, onu "iPhone 6S"dən başlayaraq "Apple" cihazları dəstəkləyir. Mütəxəssislərin qeyd etdiyi kimi, əməliyyat sisteminin əvvəlki versiyalarından imtina xidmətin daim inkişaf etməsi ilə bağlıdır. Bundan əlavə, köhnə əməliyyat sistemlərindən istifadə təhlükəsizliyə dair risklər yarada bilər. Dəyişikliklər 2025-ci il mayın 5-dən qüvvəyə minəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930