xebermen.az

Fevral ayından minimum pensiyalar bu qədər olacaq

14-01-2025, 16:54

 

Pensiyaçılar yanvar ayında pensiyalarını əvvəlki qayda ilə, yəni 280 manat alıb.

Artımlar fevral ayından etibarən veriləcək.

Belə ki, minimum pensiya alanlar fevral ayını artımla birgə - 280+40 manat alacaq. Bundan başqa, yanvar ayının da artımı əlavə olunacaq və fevral ayında 360 manat alacaqlar.

Əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində olan artımlar da fevraldan veriləcək. Yəni fevral ayında minimum pensiyaya ən azı 8 faiz (25,6 manat) əlavə ediləcək. İndeksləşməyə görə yanvardakı artım da fevralda veriləcəyindən, minimum pensiya alanlar 345,6 manat və yanvar artımları (40+25,6) olmaqla, ümumilikdə ən azı 411,2 manat alacaqlar.

Qeyd edək ki, indeksasiyanın 8% civarında olması orta statistikaya əsaslanır. İndeksasiyanın konkret faizi 1 fevralda açıqlanacaq.

Həmçinin minimum pensiyadan əlavə digər pensiyaların artımı ilə bağlı qərar da fevral ayında veriləcək. Bura indeksasiya da daxil olacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930