xebermen.az

"Qarabağ" 12-ci dəfə Azərbaycan çempionu oldu

Bu gün, 10:31

 

"Qarabağ" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.

Bu, XXXII turda baş tutan "Sabah"la səfər oyunundan sonra reallaşıb.

"Bank Respublika Arena" keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Görüşdə hesabı qonaqlar açıblar. 42-ci dəqiqədə Redon Cica penalti zərbəsindən fərqlənib. 73-cü dəqiqədə "status-kvo" bərpa olunub. Boyan Letiç rəqib komandanın qapısına yol tapıb.

Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.

Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb.

"Bayquşlar" 40 xalla beşinci sırada yer alıblar.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə, "Araz-Naxçıvan" isə səfərdə "Səbail"lə heç-heçə edib - 1:1. "Zirə" isə rəqib meydanında "Kəpəz"ə qalib gəlib - 1:0.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930