xebermen.az

Millimiz bu gün Belarusla qarşılaşacaq

25-03-2025, 11:28

 

Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.

Rəqib Belarus yığması olacaq.

Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da baş tutacaq qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Bu oyun 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyır. Azərbaycan millisi martın 22-də Sumqayıtda keçirdiyi yoldaşlıq görüşündə Haitiyə 0:3 hesabı ilə uduzub. Belarus isə Düşənbədə Tacikistan yığmasını darmadağın edib - 5:0.

Haiti ilə görüşdə qırmızı vərəqə alan Elvin Cəfərquliyev və son məşqlərin birində zədələnən Şahrudin Məhəmmədəliyev bugünkü matçda forma geyinməyəcək. Rəqibin heyətində isə itki yoxdur.

Belarus DÇ-2026-nın seçmə mərhələsində Danimarka, Yunanıstan və Şotlandiya ilə birlikdə C qrupunda yer alıb. Azərbaycan millisi isə D qrupunda Fransa, Ukrayna və İslandiyaya rəqib olub. Hər iki qrupda mübarizəyə sentyabrın 5-də start veriləcək.

Yoldaşlıq görüşü

25 mart

21:45. Azərbaycan - Belarus

Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan), Tural Qurbanov (Azərbaycan).

“Bank Respublika Arena”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930