xebermen.az

“Qarabağ” ən yaxşı Azərbaycan təmsilçisi oldu

1-01-2025, 22:12

 

UEFA-nın klubların son 10 illik reytinqi açıqlanıb.

Siyahıda Avropanın 554 klubu yer alıb. 2015-2024-cü illər ərzində qitə kuboklarında iştirak etmiş Azərbaycanı bu reytinqdə 9 klub təmsil edir.

Azərbaycan klubları arasında ən yaxşı nəticə "Qarabağ"a məxsusdur. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi 53,000 xalla Avropada 65-ci yeri tutur və "Atletik", "Betis", "Volfsburq" kimi klubları geridə qoyub.

"Neftçi" 11,750 xalla 260-62-ci yerləri bölüşərək Tbilisi "Dinamo"su və "Suduva" ilə eyni xallara malikdir.

"Qəbələ" isə 10,500 xalla 282-87-ci yerləri bölüşür. Digər Azərbaycan klubları - "Zirə", "Sabah", "Səbail", "Sumqayıt", "Şamaxı" və "Kəpəz" 7,675 xalla 348-353-cü yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, reytinqə 265,000 xalla İspaniyanın "Real Madrid" klubu başçılıq edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930