xebermen.az

Saxta videonu bu yolla üzə çıxarmaq olar - Ekspertdən XƏBƏRDARLIQ

Dünən, 18:19

 

Keyfiyyətli hazırlanmış dipfeyki yalnız görüntü və ya səsə əsasən müəyyən etmək, demək olar ki, mümkün deyil. Saxtakarlığı üzə çıxarmağın əsas yolu qarşı tərəfin qeyri-adi və şübhəli davranışlarına diqqət yetirməkdir. 

Bu barədə “Gazeta.ru”ya rəqəmsal gigiyena üzrə ekspert Roman Kaşenkov danışıb.

Onun sözlərinə görə, dələduzluğun əsas əlaməti həmsöhbətin davranışıdır. Xüsusilə qarşı tərəfin təcili şəkildə pul köçürməyi, SMS-lə göndərilən kodu deməyi və ya söhbəti gizli saxlamağı tələb etməsi ciddi şübhə yaratmalıdır.

Bununla yanaşı, insan saxta həmsöhbətin mimikasına da diqqət etməlidir. Sadə hazırlanmış dipfeyklərdə qeyri-təbii baxış və göz qırpma, dodaq hərəkətlərinin səslə üst-üstə düşməməsi, həddindən artıq hamar dəri, eləcə də üzlə arxa fon arasındakı işıq fərqi saxtakarlığı üzə çıxara bilər.

Lakin ekspert xəbərdarlıq edib ki, hazırda dələduzlar əvvəlcədən ciddi hazırlıq görürlər. Onlar qurbanın iş yeri, ailəsi, gündəlik vərdişləri və digər məlumatlarını toplayaraq daha inandırıcı saxta görüntü və səslər yaradırlar.

Bu səbəbdən dipfeykdən şübhələnən şəxs söhbəti dərhal dayandırmalı və həmin insanla başqa kommunikasiya kanalı vasitəsilə əlaqə saxlamalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31