Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı artdı
Kolumbiyada baş verən zəlzələ nəticəsində ən azı 304 nəfər həlak olub, 426 nəfər isə hələ də itkin düşmüş hesab edilir.
Bu barədə ölkənin Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Xidməti öz "X" hesabında məlumat verib.
"304 nəfər ölüb, 4 548 nəfər yaralanıb, 426 nəfər itkin düşüb, 356 nəfər isə xilas edilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl ölənlərin sayı 294 nəfər olduğu bildirilirdi.
Hökumətin son qiymətləndirməsi göstərib ki, 29 554 ev dağılıb, 134 342 bina zərər görüb.
Xatırladaq ki, avqustun 10-da səhər Kolumbiyanın qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7.4 bal gücündə zəlzələ baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: