xebermen.az

Kolumbiyada zəlzələ qurbanlarının sayı artdı

14-08-2026, 13:40

 

Avqustun 10-da Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artaraq 281 nəfərə yüksəlib.

Təbii fəlakət nəticəsində 3 971 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Daha 379 nəfərin taleyi isə hələlik məlum deyil.

Ən çox itki Kali şəhərində qeydə alınıb. Burada zəlzələ nəticəsində 96 nəfərin öldüyü təsdiqlənib.

Qeyd edək ki, 7,4 maqnitudalı zəlzələ avqustun 10-da ölkənin qərbində yerləşən Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib.

Bundan əvvəl zəlzələ nəticəsində 273 nəfərin öldüyü açıqlanmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031