xebermen.az

Türkiyədə oteldə baş verən yanğının səbəbi bəlli oldu

27-01-2025, 15:30

 

Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğının səbəbi araşdırılıb.

Yanğının otelin 4-cü mərtəbəsində yerləşən restoranda başladığı müəyyən edilib. “Grand Kartal” otelinin restoran hissəsində gecə saat 03:21-də başlayan yanğından əvvəl restoran işçiləri səhər yeməyi hazırlamağa başlayıblar. Uzun müddət açıq qalan və qızdırılan izqaranın üzərindəki qaynar yağ qəfildən alışıb.

Mətbəxdən alovları görən aşpaz Faysal Yavər və mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz yanğına müdaxilə etmək istəyib.

Onlar alovu yanğınsöndürən balonla söndürmək əvəzinə yanan cihazı su ilə söndürməyə çalışıb. Lakin alov böyüyərək ətrafa yayılıb.

Qeyd edək ki, hadisə zamanı 78 nəfər vəfat edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031