xebermen.az

Türkiyədə oteldə dəhşətli yanğın: 66 ölü, 51 yaralı - YENİLƏNDİ

21-01-2025, 16:31

 

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

Məlumatı “Haber Global” ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.

Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, hadisə zamanı daha 32 nəfər yaralanıb.

Yanğının səbəbi hələ ki məlum deyil.

***

Türkiyənin Bolu şəhərində dağ-xizək kurortunda baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə “Türkiyə” qəzeti hökumət nümayəndəsinə istinadən məlumat yayıb.

“Bolu Kartalkaya xizək mərkəzindəki otellərdən birində yanğın olub. Bölgəyə göndərilən çoxlu sayda qruplar alovla mübarizə aparıb. Bolu valisi Əbdüləziz Aydın 234 qonağın yaşadığı mehmanxanada 3 nəfərin öldüyünü və 11 nəfərin yaralandığını bildirib”, nəşr qeyd edir.

Yanğın səbəbindən oteldə istirahət edənlərin başqa otellərə təxliyə olunduğu da bildirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930