xebermen.az

Türkiyədə faciə qurbanlarının sayı YENƏ ARTDI

22-01-2025, 09:50

 

Türkiyənin Bolu vilayətində dağ-xizək kurortunda oteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

“Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib”, - nazir qeyd edib.

Onun sözlərinə görə, hadisə ilə bağlı aparılan istintaq çərçivəsində otel sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.

Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.

Yanvarın 21-nə keçən gecə Bolu vilayətində Kartalkaya xizək kurortunda yerləşən oteldə güclü yanğın baş verib. Binanın dağda yerləşməsi yanğınsöndürənlərin işini çətinləşdirib. İlkin məlumatlara görə, orada həyəcan siqnalı işləmədiyindən qonaqların son dəqiqəyə qədər yanğından xəbəri olmayıb, sonra isə artıq oradan çıxa bilməyiblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-ni Bolu vilayətində dağ-xizək kurortunda həlak olanlara görə matəm günü elan edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930