xebermen.az

"WhatsApp" süni intellekt dövrünə hazırlaşır: Böyük yenilənmə gəlir

29-01-2025, 09:35

 

"WhatsApp" süni intellekt dünyasına qapı açacaq böyük yenilənməyə hazırlaşır. Belə ki, tərtibatçılar süni intellekt əsaslı çat-botlara həsr olunmuş ayrı bir qoşma əlavə edəcəklər. Yenilik tətbiqin 2.25.3.2 versiyasında görünəcək.

Bu barədə "WABetaInfo" portalı xəbər yayıb.

Bildirilib ki, yeni funksiya "İcmalar" qoşmasını əvəz etmək və istifadəçilərə mesajlaşma interfeysi daxilində müxtəlif süni intellekt xidmətlərinə çıxışı təmin etmək üçün nəzərdə tutulub.

Yenilənmə hazır süni intellekt botlarına çıxışla yanaşı, istifadəçilərə öz virtual köməkçilərini yaratmaq imkanı da verəcək.

Hazırda funksiya erkən mərhələdədir.

"WhatsApp"a inteqrasiya ediləcək süni intellekt xidmətlərinin konkret siyahısı hələ açıqlanmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930