xebermen.az

Axşamlar bu qidaları yeməyin

14-01-2025, 10:10

 

Axşam sonuncu qida qəbulu yuxudan 3 saat əvvəl olmalıdır. İnsanın gecə saat 11-də artıq yuxuda olmalı olduğunu nəzərə alsaq, yemək maksimum 8-də yeyilib bitməlidir.

Qastroenteroloq Dmitri Fedulov yuxudan əvvəl bəzi qidaların neqativ təsirindən danışıb.

"Axşamlar qaz, köp yaradan tərəvəzlərdən və paxlalılardan uzaq durmaq lazımdır. Eləcə də nişastalı kartof, qarğıdalıdan olan yeməkləri axşam yedikdə şəkər, insulin qalxır, artıq çəki olur.

Qlükozası çox olan meyvələr - banan, üzüm, şirin alma da axşamlar yeməyin.

Süd də qarında kəskin sancı və köpmə yaradır. Süd məhsullarından yağsız yoqurt, kəsmik, kefir uyğundur. Bu qidaları günün birinci yarısında yemək lazımdır ki, fiziki aktivlik zərəri qarşılasın.

Axşam yeməyinə təzə və ya pörtlədilmiş tərəvəzlər, zülal, proteinli qidalar yeyin.

Toyuq əti, file, yumurta, balıq, kəsmik, alma və s. Optimal kalori bölgüsü: 30% səhər, 50% günorta, 20% axşam.

Axşamlar şirin desert, şoraba və yağlı qidalar seçməyin, bu qaraciyər və mədəaltı vəzə yük yaradır", - Fedulov qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930