xebermen.az

Axşam bu yeməklərdən imtina edin!

5-12-2024, 09:58

 

Yatmazdan əvvəl axşamlar yeyilən bəzi yeməklər şişkinlik, köp, ödəmə səbəb olur.

Qastroenteroloq Dmitri Fedulov axşam qadağan olunan ərzaqları açıqlayıb.

“Qarında köp və ağrını paxlalılar verir. Eləcə də nişasta ilə zəngin tərəvəzlər - kartof, qarğıdalı şişkinlik yaradır, qanda şəkəri artırır. Yatmazdan əvvəl bəzi meyvələri də yemək olmaz: banan, üzüm, şirin meyvələr.

Bu qidaları yalnız günün birinci yarısı yemək, əks təsirlərindən qorunmaq üçün fiziki hərəkətdə olmaq lazımdır. Axşamlar zülal tərkibli yemək, sadə meyvə-tərəvəz qəbul etmək lazımdır.

Sonuncu yemək qəbulu yuxudan ən azı 2 saat əvvəl olmalıdır. Axşam saat 10-da yatmalı olduğunuzu nəzərə alsaq, yemək qəbulu saat 8-də bitməlidir ki, həzm sistemi yuxuda işləməsin, dincəlsin”, - Fedulov qeyd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30