xebermen.az

İrəvanın sərhəddə yeni oyunu: Qərb qüvvələri qalacaq?

22-01-2025, 15:53

Ermənistan Avropa İttifaqının “müşahidə missiyası”nın fəaliyyətinin uzadılmasını istəyir. Hazırda bu məsələ müzakirə mərhələsindədir, lakin “missiya”nın Ermənistanı tərk etməyəcəyi aydın görünür. Bu, sülh sazişi mətnində Bakının irəli sürdüyü tələblərindən biridir və İrəvan bundan imtina edir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan müşahidə missiyasının vaxtının uzadılması variantını Aİ-yə təqdim etdiklərini açıqlayıb.

Lakin Ermənistan mediası İrəvanın Aİ misiyasını ölkədən çıxarmadan Bakının “üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılması” tələbini də icra etməyin yollarını axtardığını yazır. “Hraparak” nəşri qeyd edir ki, bu variantlardan biri missiya üzvlərinin sərhəddən kənarda ofis rejimində fəaliyyət göstərməsidir.

Nəşr bunun mümkün olub-olmadığını Alen Simonyandan soruşub. Simonyan bildirib ki, bununla bağlı dəqiq cavab verə bilməyəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30