xebermen.az

Rusiya və Azərbaycan aviaqəzanın kriminalistik ekspertizasına buraxılmayacaq

27-12-2024, 09:24

 

"Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına qəzanın kriminalistik ekspertizasında iştirak etməyə icazə verilməyəcək.


Bunu Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib.


O əlavə edib ki, lakin onlara təyyarə qəzasını araşdırmağa icazə veriləcək.


"Qadağaya gəlincə - bu gün Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları bizim istintaq-əməliyyat qrupumuza daxil deyil və istintaq hərəkətləri həyata keçirmir. Bütün bunları Qazaxıstanın istintaq-əməliyyat qrupu, polisi və prokurorluğu həyata keçirir. Onların təşəbbüs göstərib-götürmədiyini deyə bilmərəm, amma Qazaxıstana gəliblər və harada imkan varsa, biz onların iştirakına, yoxlamalarına icazə veririk. Əgər qanunvericilik ziddiyyət təşkil etmirsə, icazə veririk”, - Manqistau vilayətinin nəqliyyat prokuroru Abylaibek Ordabayev brifinqdə vurğulayıb.


Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.


Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30