xebermen.az

Qəza yerindən daha bir "QARA QUTU" TAPILDI

26-12-2024, 19:39

 

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə daha bir "qara qutu" tapılıb.

Bu barədə Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev təyyarənin qəzaya uğraması ilə bağlı Astanada keçirdiyi brifinqdə bildirib.

“İki "qara qutu" aşkar edilib, onlar aviaqəzaların təhqiqatı şöbəsinə veriləcək və daha sonra onlara baxış keçiriləcək”, - o deyib.

Ordabayev həmçinin təyyarənin qəzaya uğradığı yerdə görülən işlərdən də danışıb.

“Zərərçəkmişləri və hava xidməti işçilərini dindirdik. Həmçinin bütün hadisə şahidlərini müəyyənləşdiririk. Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edilib. 4 min kvadratmetrdən çox ərazini əhatə edən hadisə yerinə baxış tamamlanma mərhələsindədir. Ərazi polis qüvvələri tərəfindən qorunur”, - o vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031