xebermen.az

Daha bir ölkənin "Avroviziya" təmsilçisi bəlli oldu

18-02-2025, 08:11

 

"Avroviziya 2025"də yarışacaq daha bir iştirakçının adı bəlli olub.

Estoniyanı yarışmada Tommi Keş adlı ifaçı "Espresso Macchiato" mahnısı ilə təmsil edəcək.

İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan təmsilçisi “Mamagama” qrupu olacaq. İştirakçılarımız birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.

Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30