xebermen.az

"Avroviziya 2025" mahnımız bu tarixdə TƏQDİM OLUNACAQ

29-01-2025, 09:16

 

"Bu gün Azərbaycanın "Avroviziya 2025" Beynəlxalq Mahnı Müsabiqəsinin birinci yarımfinalında iştirak edəcəyi bəlli oldu".

Bu haqda “Avroviziya 2025” Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova məlumat verib.

N.Cəfərova qeyd edib ki, fevralın ilk 10 günlüyündə təmsilçimizin də adı açıqlanacaq.

O, "Həmçinin fevralda mahnımızı kliplə birlikdə təqdim edəcəyik",-deyə vurğulayıb.

Qeyd edək ki, Azərbaycanı "Avroviziya 2024" mahnı müsabiqəsində “Özünlə apar” mahnısı ilə Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov təmsil edib. Onlar müsabiqənin final mərhələsinə çıxa bilməyiblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30