xebermen.az

Minifutbol millimiz dünya çempionatının finalına yüksəldi

30-05-2025, 21:46

 


Azərbaycanın minifutbol millisi növbəti qarşılaşmasını keçirib.

Komandamız Bakıda təşkil olunan dünya çempionatında yarımfinal mərhələsində meydana çıxıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Monteneqro yığması ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən oyunda millimiz 2:1 hesabı ilə qalib gəlib. Qolları Ağaseyid Qasımov və Ramiz Çovdarov vurublar.

Bu qələbə ilə Azərbaycan millisi dünya çempionatının ilk finalçısı olub. Finaldakı rəqibimiz Macarıstan - Çexiya qarşılaşmasından sonra bəlli olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031