xebermen.az

S-400-lər Türkiyədən başqa ölkəyə veriləcək?

Dünən, 16:13

 

Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin Türkiyədən dost ölkələrdən birinə köçürülməsi məsələsi gündəmdədir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, məsələ ilə bağlı müvafiq işlər aparılır və əlaqələr həyata keçirilir.

"Bu məsələ gündəmdədir, müvafiq iş aparılır və müvafiq təmaslar həyata keçirilir", - deyə o, Rusiyanın S-400 sistemlərinin Türkiyədən dost ölkələrdən birinə köçürülməsi imkanını nəzərdən keçirib-keçirmədiyi ilə bağlı suala cavabında bildirib.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı müqaviləni 2017-ci ildə imzalayıb. İlk komplekslərin tədarükü 12-25 iyul 2019-cu ildə həyata keçirilib.

ABŞ S-400-lərin F-35 qırıcılarının texnologiyası və məxfi imkanları üçün təhlükə yarada biləcəyini, həmçinin Rusiya istehsalı olan sistemin NATO-nun hava hücumundan müdafiə sistemləri ilə uyğunluq problemi yaradacağını əsas gətirib. Bu səbəbdən Vaşinqton 2019-cu ildə Türkiyənin F-35 proqramından çıxarılması prosesinə başlayıb.

Pentaqonun mövqeyinə görə, S-400 və F-35 sistemlərinin eyni vaxtda istifadəsi mümkün deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031