xebermen.az

Dollarla bağlı proqnoz: Oktyabr ayında bizi nə gözləyir?

Dünən, 16:11

 

Oktyabrın əvvəlində dolların Rusiya rubluna nisbətdə 83-86 rubl (1,68 - 1,76 manat) aralığında qərarlaşacağı gözlənilir.

Belə bir proqnozu “Veles Kapital” investisiya şirkətinin analitiki Yelena Kojuxova verib.

Analitikin fikrincə, bir sıra amillər rublun kəskin ucuzlaşmasına imkan verməyəcək. Bunlardan biri sentyabr vergi dövrünün təsirləridir. “Bitbanker” analitiki Andrey Poroşinin sözlərinə görə, bu dövrdə Rusiya ixracatçıları faydalı qazıntıların hasilatına görə vergi, mənfəət vergisi və aksizlər üzrə büdcəyə ödənişlər həyata keçirirlər.

“Tsifra Broker” analitiki Aleksandr Dudnikov isə rublu Rusiya Mərkəzi Bankının sərt pul-kredit siyasətinin dəstəkləyəcəyini bildirib. Onun sözlərinə görə, yüksək uçot dərəcəsi rublla əmanət və depozitləri cəlbedici saxlayır.

Bununla yanaşı, dünya bazarında neft qiymətlərinin mülayim şəkildə ucuzlaşması Rusiya valyutasının mövqeyini zəiflədə bilər. Lakin ekspert bu təsirin ciddi olmayacağını düşünür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031