xebermen.az

"ChatGPT"nin fəaliyyəti ilə bağlı araşdırma: Sem Altman niyə parlamentə çağırılıb?

28-09-2026, 15:04

 

Avstraliya parlamentinin komitəsi "OpenAI" şirkətinin rəhbəri Sem Altmanı və "Anthropic" şirkətinin rəhbəri Dario Amodeini süni intellekt və məlumat emalı mərkəzləri ilə bağlı dinləmələrə çağırıb.

Buna səbəb ölkənin Baş naziri Entoni Albanesenin "ChatGPT" çatbotunu hazırlayan ABŞ-nin "OpenAI" şirkətinin süni intellekt agentinin Avstraliyanın dövlət səhiyyə sisteminin məlumatlarına icazəsiz giriş əldə etdiyini bildirməsi olub.

Hazırda şirkətlər süni intellekt modellərinin təlimi üçün Avstraliyada yaradılan məzmuna sərbəst çıxış əldə etmək məqsədilə Kanberra ilə danışıqlar aparırlar.

"Avstraliyalıların bu böyük şirkətlərin məlumatlarımızla nə etdiyini, məlumatların emalına nə qədər su və elektrik enerjisi sərf edildiyini və bunun cəmiyyətimizə, mədəniyyətimizə necə təsir göstərdiyini bilmək hüququ var", - deyə parlament dinləmələrinə rəhbərlik edəcək Yaşıllar Partiyasının senatoru Sara Henson-Yanq vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930