xebermen.az

ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi

Dünən, 20:52

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-yə məxsus “Remus 600” tipli pilotsuz sualtı aparatının saxlanıldığını açıqlayıb.

SEPAH-ın yaydığı məlumata görə, pilotsuz sualtı aparat Hörmüz boğazında kəşfiyyat missiyası həyata keçirib. Bildirilib ki, əməliyyat zamanı elektron müharibə və kəşfiyyat imkanlarından istifadə olunub.

Məlumata əsasən, hazırda iranlı mütəxəssislər sualtı qayığın yaddaşında saxlanılan məlumatların bərpası üzərində işləyirlər.

Xatırladaq ki, sentyabrın 8-də SEPAH daha bir pilotsuz sualtı aparatın nəzarətə götürüldüyünü açıqlamışdı. Bundan sonra ABŞ ordusu dəniz pilotsuz aparatlarından birində nasazlıq yarandığını bildirmiş, lakin onun İran tərəfindən ələ keçirilib-keçirilmədiyini açıqlamamışdı.

Hörmüz boğazında vəziyyət ABŞ, İsrail və İran arasında fevralın 28-də başlayan müharibədən sonra gərgin olaraq qalır. İran boğazdan keçən gəmilərlə bağlı məhdudiyyətlər tətbiq edir. ABŞ isə İran limanlarına qarşı əks blokada tətbiq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930